Titan Group Sifarişlərin Koordinasiyası və Yükləməsi üzrə Mütəxəssis
Vəzifə haqqında
İş yeri: Suraxanı rayonu, Binə qəsəbəsi
Titan Group MMC istehsalat sahəsində fəaliyyət göstərən komandamıza Sifarişlərin Koordinasiyası və Yükləməsi üzrə Mütəxəssis axtarır.
Vəzifə öhdəlikləri:
İstehsal olunan məhsulların sifarişlərə uyğun hazırlanma prosesini izləmək;
Satış, planlama, istehsalat və anbar şöbələri arasında koordinasiyanı təmin etmək;
Müştəri sifarişlərinin icra vəziyyətini gündəlik nəzarətdə saxlamaq;
Hazır məhsulların yüklənmə və göndərilmə planını təşkil etmək;
Məhsulların vaxtında yüklənərək müştərilərə çatdırılmasını təmin etmək;
İstehsalatda yaranan gecikmələri müəyyən etmək və aidiyyəti şöbələrlə həll etmək;
Mikro proqramında sifariş və məhsul məlumatlarını izləmək;
Çatdırılma və yükləmə prosesləri üzrə hesabatlar hazırlamaq;
Logistika və nəqliyyat proseslərini koordinasiya etmək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə tələblər:
Ali ixtisas təhsili;
İstehsalat, logistika və ya sifarişlərin idarə olunması sahəsində 1-3 il iş təcrübəsi;
MS Office proqramlarında sərbəst işləmə bacarığı;
Mikro proqramı ilə işləmə bacarığı üstünlükdür;
Planlaşdırma və koordinasiya bacarığı;
Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
Məsuliyyətli, dəqiq və komanda ilə işləmə bacarığı.
İş şəraiti:
Əmək haqqı: 800 – 1200 AZN
İş qrafiki: Bazar ertəsi – Cümə, 08:30 – 17:30
Nahar şirkət tərəfindən təmin edilir;
Korporativ nömrə təqdim olunur;
Servis xidməti şirkət tərəfindən təmin edilir;
İstehsalat proseslərinin effektiv idarə olunmasında iştirak etmək və peşəkar komandada çalışmaq istəyən namizədləri müraciət etməyə dəvət edirik.
Uyğun namizədlər cvlərini [email protected] mailinə göndərə bilərlər.
