Balique 2023 Ltd MMC Sushi ustası
Vəzifə haqqında
Balique müştərilərinə hər gün təzə və yüksək keyfiyyətli dəniz məhsulları təqdim edən
etibarlı dəniz məhsulları marketidir. Şirkət dayanıqlı tədarük prinsiplərinə sadiq qalaraq geniş
çeşiddə balıq və digər dəniz məhsulları təklif edir, yüksək xidmət keyfiyyəti və müştəri
məmnuniyyətini əsas prioritet hesab edir
Maraqlanan namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər. Mövzu hissəsində
“Sushi ustası” qeyd olunmalıdır.
Öhdəliklər
Müxtəlif növ suşi yeməklərinin hazırlanması
Məhsulların (balıq, düyü, tərəvəz və s.) keyfiyyətinə və təzəliyinə nəzarət etmək
Mətbəxdə gigiyena və sanitariya qaydalarına riayət etmək
İş yerinin və avadanlıqların təmiz və səliqəli saxlanılması
Menyuya uyğun olaraq sifarişlərin vaxtında və düzgün hazırlanması
Yeni reseptlərin hazırlanmasında iştirak etmək və menyunun inkişafına töhfə vermək
Müştəri tələblərinə uyğun fərdi sifarişlərin hazırlanması
Anbar ehtiyatlarını izləmək və çatışmazlıqlar barədə rəhbərliyə məlumat vermək
Komanda ilə koordinasiyalı işləmək və iş prosesinə uyğunlaşmaq
Qida təhlükəsizliyi qaydalarına riayət etmək
Tələblər
Sushi hazırlanması üzrə praktiki təcrübə
Balıq növləri və onların emalı haqqında bilik
Gigiyena və qida təhlükəsizliyi standartlarını bilmək
Sürətli və diqqətli işləmək bacarığı
Komanda ilə işləmə qabiliyyəti
Yaradıcılıq və estetik zövq
Təhsil və təcrübə:
Kulinariya üzrə təhsil arzuolunandır
Minimum 1–2 il sushi ustası kimi iş təcrübəsi mütləqdir
Şəxsi keyfiyyətlər:
Məsuliyyətli və intizamlı olmaq
Detallara diqqət
Təmizlik və səliqəyə önəm vermək
