AS Active Solutions MMCActive Solutions MMC

Təchizat üzrə mütəxəssis

Bakı 15 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat Logistika
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vakansiyanın təsviri

  • Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)
  • Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, texniki məlumat və qiymət araşdırılmasının aparılması, təchizatçı bazasının hazırlanması və təhlili
  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi
  • Tədarükçülərlə müqavilələrin bağlanması
  • Malların gətirilməsi və anbara təhvil verilməsi üçün tələb olunan bütün işlərin görülməsi
  • Alınan malların keyfiyyətinə nəzarət edilməsi və qeydiyyatının aparılması
  • Ödəniş sorğuları və ödənişlərə nəzarətin həyata keçirilməsi
  • Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması
  • İş rejimi: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun sənədləşmə
  • Həftə içi 5 gün Saat 10:00-dan -19:00-dək (şənbə günü növbəli, bir həftədən bir)
  • Əmək haqqı: müsahibə əsasında
  • Ünvan: Şərq bazarın yaxınlığı (metro 28 may)

Xüsusi tələblər

  • Ali təhsilli
  • Səlis azərbaycan dili (rus dili və ingilis dili bilən namizədlərə üstünlük verilir)
  • MS Office proqramlarından sərbəst istifadə bacarığı
  • İT , texnologiyalar haqqında məlumatlara sahib olmaq
  • İşgüzar ünsiyyət etikası
  • Çalışqan, ünsiyyətcil, problemləri həll etmə bacarıqlarına malik olmaq
  • Komandada işləmək bacarığı


Biz təklif edirik:

  • Şəhərin mərkəzində rahat ofis və çevik iş şəraiti
  • Yenilikçi və dinamik inkişaf edən şirkətdə işləmək
  • Peşəkar və karyera yüksəlişi üçün imkanlar
  • Rəqabətli əmək haqqı və müavinətlər paketi
  • Yeni ideya və yanaşmalara açıq mühit

Müraciət etmək üçün: [email protected]
AS Active Solutions MMC
Active Solutions MMC

Oxşar vakansiyalar

Hamısına bax