ADY Azərbaycan Dəmir YollarıAzərbaycan Dəmir Yolları

Texniki dəstək üzrə mütəxəssis

Bakı 3 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 3–5 il İnformasiya texnologiyaları
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

  • ADY-ə məxsus (regional təhkim edilmiş stansiyalarda) bütün kompüterlərin və informasiya texnologiyalar (İT) avadanlıqlarının sabit və daimi işləməsini təmin etmək;
  • Əməliyyat sistemlərinin və proqramların işini təmin etmək;
  • Yaranan nasazlıqları aradan qaldırmaq;ADY-nin İT infrastruktur komponentlərinə dəstək verən qrup daxilində çalışmaq;
  • Yeni işə qəbul olunmuş işçiləri lazımı kompüter avadanlıqları ilə təmin etmək;
  • Printerlər, periferik qurğularla nəzarət və çıxan problemlərin həll etmək;
  • Yeni tətbiqi proqramların kompyuterə yüklənməsinə və işə salınmasına yardımçı olmaq;Tələb olunduqda, hissəlıəri əvəz etmək;
  • Razılaşdırılmış vaxt hüdudları daxilində Servicedesk -ə daxil olan müraciətəri cavablandırmaq və həll etmək;
  • Hər hansı tapşırığın icrası tam başa çatdırılna qədər onun üzərində fasiləsiz surətdə işləmək (və ya məqsədəuyğun olduqda, bunu üçüncü tərəflərə həvalə etmək);Bir neçə həll olunmamış məsələni vaciblik dərəcəsinə görə təsnif etmək və onları ardıcıl olaraq etmək;
  • Kartriclərin dəyişdirilməsini təmin etmək;Fəaliyyət istiqamətləri üzrə rəhbərliyin digər tapşırıqlarını icra etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Müvafiq istiqamət üzrə bakalavr;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il;
  • HDD, SSD, SD, FLASH kart silinmiş fayılların bərpası üzrə biliklər
  • Elektron poçt sistemləri üzrə qabaqcıl komputer bacarıqlarıİstifadəçinin komputer və periferik qurğularının test edillməsi bacarığı;
  • Texniki dəstək işlərinin aparılması üçün tələb olunan lisenziyalarının etibarlılığın yoxlamaq bacarığı;
  • Servicedeskə gələn sorğuların qəbulu, icra etməsi, lazım olduqda aidiyyatı üzrə yönləndirilməsi bacarığı;
  • İstifadəçilərin kompüterlərindəki əməliyyat sistemlərini qurmaq, avadanlıqları quraşdırmaq və onların yenilənməsini təmin etmək bacarığı;
  • Komanda işi, analitik düşüncə, planlaşdırma, nəticəyönümlülük, əlaqələndirmə.
ADY Azərbaycan Dəmir Yolları
Azərbaycan Dəmir Yolları
Nəqliyyat və anbar təsərrüfatı

Azərbaycanda dəmir yolunun təməli hələ 1878-ci ildə qoyulmuş və inşası 20 yanvar 1880-ci ildə başa çatmışdır. O, uzunluğu cəmi 20 km olan Bakı-Sabunçu-Suraxanı dəmir yolundan ibarət olmuşdur. Həmin…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et