U
Unibank ASC
Verilənlərin mühəndisliyi və platformaları şöbəsinin Müdiri
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Səhiyyə
Vəzifə haqqında
Təsvir
- Verilənlər mühəndisliyi və platformaları üzrə strategiyanın hazırlanması və icrasının idarə olunması;
- Bölmənin fəaliyyət planının, prioritetlərinin, KPI-larının və inkişaf yol xəritəsinin (roadmap) hazırlanması və icrasının təmin edilməsi;
- Bölmənin resurslarının, iş yükünün və risklərinin idarə olunması;
- Verilənlər platformaları üzrə texniki istiqamətlərin və inkişaf qərarlarının formalaşdırılması;
- Digər struktur bölmələr, məlumat sahibləri və maraqlı tərəflərlə koordinasiyanın təmin edilməsi;
- Yeni texnologiyaların və həllərin araşdırılması, qiymətləndirilməsi və tətbiq imkanlarının müəyyənləşdirilməsi;
- İşgüzar tələblərin analiz olunması və uyğun məlumat həllərinin təklif edilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların və əməliyyatların icrasının təmin olunması;
- Məlumat platformalarının (DWH, Data Lake, Data Mart və s.) idarə olunması və inkişaf etdirilməsi;
- Verilənlərin toplanması, yüklənməsi, transformasiyası və saxlanması proseslərinin təşkil edilməsi;
- ETL/ELT proseslərinin, məlumat boru xətlərinin (Data Pipelines) və məlumat inteqrasiyalarının idarə olunması;
- Böyük həcmli məlumat emalı və məlumat axınlarının dayanıqlılığının təmin olunması;
- Platformaların performansının, etibarlılığının və miqyaslana bilmə qabiliyyətinin izlənməsi və optimallaşdırılması;
- Məlumat keyfiyyəti, validasiya və məlumat idarəetməsi yanaşmalarının dəstəklənməsi;
- Analitika və Data Science komandaları üçün məlumat platformalarının və məlumat mühitlərinin təmin olunması;
- Analitik məhsullar və model inteqrasiyalarının məlumat təminatı hissəsinin dəstəklənməsi;
- Məlumat təhlükəsizliyi, giriş nəzarəti və uyğunluq tələblərinin nəzərə alınmasının təmin edilməsi;
- Platformalarda monitorinq, xəta idarəetməsi və fasiləsiz fəaliyyətin təmin olunması.
Üstünlüklərimiz:
- Rahat iş mühiti və peşəkar inkişaf üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma imkanı;
- Əməkdaşlıq və qarşılıqlı dəstəyə əsaslanan mehriban komanda mühiti.
Tələblər
- Kompüter elmləri, məlumat mühəndisliyi, informasiya texnologiyaları, proqram mühəndisliyi və ya əlaqəli sahələr üzrə bakalavr və ya magistr təhsili;
- Verilənlərin idarə edilməsi, analitika, böyük verilənlər və ya platforma texnologiyaları üzrə əlavə sertifikatlar üstünlük hesab olunur;
- Verilənlər mühəndisliyi, məlumat platformaları, DWH və ya analitika sahəsində minimum 5 il iş təcrübəsi;
- Komanda idarəçiliyi və ya rəhbər vəzifədə iş təcrübəsi üstünlükdür;
- Böyük həcmli məlumat sistemləri ilə işləmə təcrübəsi;
- SQL və verilənlər bazaları üzrə dərin biliklər;
- Python və ya Java proqramlaşdırma dillərindən ən azı biri üzrə biliklər;
- ETL/ELT prosesləri və məlumat inteqrasiyası üzrə biliklər;
- Data Warehouse, Data Lake və məlumat modelləşdirilməsi konsepsiyaları üzrə biliklər;
- Böyük verilənlər texnologiyaları üzrə biliklər (Apache Spark, Kafka, Airflow və s.);
- Məlumat platformalarının monitorinqi, performansın optimallaşdırılması və dayanıqlılıq yanaşmaları üzrə biliklər;
- Məlumat təhlükəsizliyi və giriş nəzarəti prinsipləri üzrə anlayış;
- Docker, Kubernetes və platforma texnologiyaları üzrə biliklər üstünlükdür;
- Liderlik və komanda idarəetmə bacarıqları;
- Analitik düşünmə və problem həll etmə bacarıqları;
- Layihələrin planlaşdırılması və prioritetləşdirilməsi bacarığı;
- Azərbaycan və ingilis dillərini bilmək mütləqdir, rus dili biliyi üstünlükdür;
- Effektiv kommunikasiya və təqdimat bacarıqları.
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Bu vakansiya əvvəl də yerləşdirilib:
- 20 may 2026 · hellojob.az
- 19 may 2026 (bu elan) · hellojob.az