BA Buta AgroButa Agro

Aqronom (bitki mühafizə üzrə)

Posted 17 h ago Source
Agriculture
Monthly salary
Salary negotiable
Application deadline
27 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Zirə İstixana kompleksinə təcrübəli Aqronom (bitki mühafizə üzrə) tələb olunur

İş şəraiti

  • İş yeri: Bakı, Zirə kəndi, İstixana Kompleksi
  • İş saatı: Həftədə 6 gün həftəlik 40 saat olmaqla
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.

Vəzifə öhdəlikləri

  • Ərazidə monitorinq apararaq zərərvericilər, xəstəliklər və məhsulun yetişmə prosesinə mənfi təsir göstərə biləcək digər problemləri aşkar etmək və baş aqronomla birlikdə mübarizə tədbiri hazırlamaq;
  • Ərazidə zərərvericilərə qarşı istifadə olunacaq materialların yerləşdirmə sxemini hazırlamaq və yerləşdirilməsini təşkil etmək;
  • Periodik olaraq mübarizə vasitələrdən (feremonlardan) istifadə etmək;
  • Mütəmadi olaraq indikator yapışkanları baxışdan keçirmək və zərərvericilərin sayını qeyd etmək;
  • Xəstə bitkiləri aşkar etdikdə müalicəsinə dair tövsiyyələr vermək, müalicəsi mümkün olmayan xəstə bitkilərin ərazidən dərhal çıxarılmasını təşkil etmək;
  • Monitorinqin nəticələrini Baş aqronom, İstixana rəhbərinə yazılı, izahlı, lazım gəldikdə şəkilli formada təqdim etmək;
  • Kimyəvi maddələrin istifadə qeydiyyatını aparmaq ;
  • Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıqları yerinə yetirmək.

Təhsil və iş təcrübəsi

  • Sahə üzrə ali təhsil
  • Müasir istixanada iş təcrübəsi

Bacarıq və səriştələr

  • İdarəçilik və təşkilatçılıq qabiliyyətinə malik olmaq;
  • Çevik, keyfiyyətə və nəticəyə yönəlmə bacarığı;
  • Pozitiv iş münasibətləri qura bilən, dəqiq və məsuliyyətli;
  • Dinamiklik və stressə davamlı.

Təminatlar:  

  • Nahar və nəqliyyat təmin edilir.

Zəhmət olmasa CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Aqronom bitki mühafizə üzrə (Zirə)” qeyd etməyi unutmayın.

This job is also on other sites
Ishly brings the whole market together — no need to check each site separately.
BA Buta Agro
Buta Agro

Buta Agroya, Azərbaycanda premium dərəcəli istixana pomidorlarının, kartofun, soğanın və sarımsağın ən böyük istehsalçılarından birinə, xoş gəlmisiniz. Bizim şirkətlərimizdən biri, "Aztomato"…

Similar jobs

See all