Aqronom (bitki mühafizə üzrə)
17 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Kənd təsərrüfatı
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Zirə İstixana kompleksinə təcrübəli Aqronom (bitki mühafizə üzrə) tələb olunur
İş şəraiti
- İş yeri: Bakı, Zirə kəndi, İstixana Kompleksi
- İş saatı: Həftədə 6 gün həftəlik 40 saat olmaqla
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
Vəzifə öhdəlikləri
- Ərazidə monitorinq apararaq zərərvericilər, xəstəliklər və məhsulun yetişmə prosesinə mənfi təsir göstərə biləcək digər problemləri aşkar etmək və baş aqronomla birlikdə mübarizə tədbiri hazırlamaq;
- Ərazidə zərərvericilərə qarşı istifadə olunacaq materialların yerləşdirmə sxemini hazırlamaq və yerləşdirilməsini təşkil etmək;
- Periodik olaraq mübarizə vasitələrdən (feremonlardan) istifadə etmək;
- Mütəmadi olaraq indikator yapışkanları baxışdan keçirmək və zərərvericilərin sayını qeyd etmək;
- Xəstə bitkiləri aşkar etdikdə müalicəsinə dair tövsiyyələr vermək, müalicəsi mümkün olmayan xəstə bitkilərin ərazidən dərhal çıxarılmasını təşkil etmək;
- Monitorinqin nəticələrini Baş aqronom, İstixana rəhbərinə yazılı, izahlı, lazım gəldikdə şəkilli formada təqdim etmək;
- Kimyəvi maddələrin istifadə qeydiyyatını aparmaq ;
- Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıqları yerinə yetirmək.
Təhsil və iş təcrübəsi
- Sahə üzrə ali təhsil
- Müasir istixanada iş təcrübəsi
Bacarıq və səriştələr
- İdarəçilik və təşkilatçılıq qabiliyyətinə malik olmaq;
- Çevik, keyfiyyətə və nəticəyə yönəlmə bacarığı;
- Pozitiv iş münasibətləri qura bilən, dəqiq və məsuliyyətli;
- Dinamiklik və stressə davamlı.
Təminatlar:
- Nahar və nəqliyyat təmin edilir.
Zəhmət olmasa CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt göndərin. CV-ləri göndərərkən başlıq yerinə “Aqronom bitki mühafizə üzrə (Zirə)” qeyd etməyi unutmayın.
Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
BA 
Buta Agro
Buta Agroya, Azərbaycanda premium dərəcəli istixana pomidorlarının, kartofun, soğanın və sarımsağın ən böyük istehsalçılarından birinə, xoş gəlmisiniz. Bizim şirkətlərimizdən biri, "Aztomato"…