Mazarina Trade Company MMCMazarina Trade Company MMC

Aparıcı mühasib

3 həftə əvvəl yerləşdirilib Mənbə: azvak.az ↗
Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
4 iyul 2026

Vəzifə haqqında

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftəiçi 5 gün (09:00 - 18:00)

Vəzifə öhdəlikləri:

  • İnternet banking əsas əməliyyatlar (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası)

  • Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, borclara nəzarət və təhlil

  • Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir;

  • Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması;

  • Online Kargüzarlığa daxil olan sorğuların araşdırılması və qanunvericilik çərçivəsində təyin olunan müddətdə cavablandırılması.

  • ƏDV, SV, Əmlak, Mənfəət, DSMF, Statistika və sair maliyyə hesabatların hazırlanması və aidiyyatı orqanlara vaxtında göndərilməsi;

  • Dövlət orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;

Namizədə dair tələblər:

  • Staj: ən azı 3 il

  • Yaş: 25 — 40 yaş

  • Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibatlıq üzrə).

  • Azərbaycan dilində mükəmməl bilmək (rus və ingilis dili biliyi üstünlükdür).

  • 1C 8.3 proqramını, Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək.

  • Beynəlxalq sertifikatları (F3, F7), PMS sertifikatı olanlara üstünlük veriləcək.

  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

Təklif edirik:

  • Rəqabətədavamlı əmək haqqı (namizədin bilik və bacarıqları əsasında);

  • Dinamik və gənc komanda ilə iş imkanı;

  • Rahat, dəstəkləyici və dinamik iş mühiti,

  • Karyera yüksəlişi perspektivləri;

  • Stabil və uzunmüddətli əməkdaşlıq imkanı;

  • Korporativ tədbirlər və komanda fəaliyyətləri;

Müraciət üçün: Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Aparıcı mühasib” qeyd olunması mütləqdir.

Mazarina Trade Company MMC
Mazarina Trade Company MMC

Oxşar vakansiyalar

Hamısına bax