Melissa GroupMelissa Group

Baş mühasib

Bakı 6 gün əvvəl yerləşdirilib Mənbə
Tam ştat 3–5 il Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vakansiyanın təsviri

  • Aylıq, rüblük, illik vergi, DSMF və statistik hesabatların hazırlanması və aidiyyatı orqanlara təqdim edilməsi;
  • Əmək haqqı, məzuniyyət və son haqq-hesabın hesablanması;
  • Vergi sahəsi ilə bağlı əməliyyatların icrası, bütün vergi hesabatlarının göndərilməsi;
  • 1C mühasibatlıq proqramında operativ uçotun təmin olunması üçün müvafiq müxabirləşmələrin yoxlanışının həyata keçirilməsi;
  • Maliyyə hesabatlarının (MVHH, MZHH, PVHH) hazırlanması;
  • Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.

Xüsusi tələblər

  • Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit ixtisası üzrə)
  • Müvafiq vəzifədə 3 ildən artq iş stajı (istehsalat sahəsində olması arzuolunandır);
  • Mühasibatlığa dair cari qanunvericilik bilgiləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi);
  • Mənfəət və ƏDV vergi bəyannamələrini sərbəst formada təqdim edə bilməli;
  • Yüksək səviyyədə ofis proqramları (xüsusilə Excel) biliyi;
  • Peşəkar Mühasib Sertifikatı və mühasibatlıq ilə bağlı digər sertifikatları olması üstünlükdür;
  • Komandada işləmə bacarığı;
  • Yalnız bəy namizədlər.

Müraciət etmək üçün: [email protected]
Melissa Group
Melissa Group
Tikinti

2000-ci ildən fəaliyyətə başlayan “Melissa Group” şirkətlər qrupu inşaat sektorunda təqdim etdiyi innovativ layihələrinin texniki xüsusiyyətləri və vizual görünüşü ilə hər zaman diqqət mərkəzində…

Oxşar vakansiyalar

Hamısına bax