Bakı Metropoliteni Layihələrin idarə edilməsi şöbəsinə Mütəxəssis
İş rejimi Tam ştat Təcrübə 1–3 il Kateqoriya İnformasiya texnologiyaları
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- Layihələrin planlaşdırılması, vaxt qrafiklərinin hazırlanması və tapşırıq siyahılarının formalaşdırılması proseslərində iştirak etmək;
- Jira, MS Project və digər idarəetmə alətlərindən istifadə etməklə layihə tapşırıqlarının icra vəziyyətini gündəlik izləmək və sistemdə yeniləmək;
- Layihələrin icrası zamanı yaranan risklərin qeydiyyatını aparmaq və risklərin analizi prosesinə texniki dəstək vermək;
- Layihələrin icra vəziyyəti barədə məlumatları toplamaq, rəhbərlik üçün mütəmadi status hesabatlarının və təqdimatların hazırlanmasını təmin etmək.
Xüsusi tələblər
- İdarəetmə, iqtisadiyyat, biznesin idarə edilməsi, mühəndislik və ya digər uyğun sahələr üzrə ali təhsil;
- Layihələrin idarə olunması, koordinasiya və ya əlaqəli sahələr üzrə minimum 2 il iş təcrübəsi;
- Layihələrin idarə olunması üzrə baza bilikləri (layihə idarəetmə sahəsində sertifikatların olması üstünlük hesab olunur);
- MS Office proqramlarında, xüsusilə Excel-də yüksək səviyyədə işləmək bacarığı;
- Jira, MS Project və ya digər layihə idarəetmə alətləri, eləcə də data və hesabatlıq alətləri ilə işləmə bacarığı;
- Azərbaycan dili sərbəst, ingilis dili işgüzar səviyyədə, rus dili arzuolunandır.

Bakı Metropoliteni