Aqua Plus MMC Mühasib
Vəzifə haqqında
Vəzifə öhdəlikləri
Kontragent müqavilələrinin punktual və səliqəli qaydada hazırlanması
Alqı satqı müqavilələrinin və alt sənədlərin (QRP, Hesab faktua və Təhvil-Təslim aktı) hazırlanması
Ay sonu smart kassalardan ZET hesabatının yığılaraq Excel-ə işlənməsi
1C sistem üzrə mühasibat uçotunun düzgün qaydada aparılması, uçota nəzarət, uçotun düzgün istiqamətləndirilməsi
Xərclərin idarə edilməsi və sistem üzrə düzgün işlənməsi üçün istiqamət verilməsi
Müəssisənin aylıq xərc hesabatının hazırlanması və hər ay təqdim edilməsi
Bazaya elektron qaimələrin işlənməsi
Əməkhaqqı ödənişlərinin, Vergi, Sosial və digər ödənişlərin qeydiyyatının aparılması (1C)
Vaxtı-vaxtında bank və ƏDV Depozit hesabından çıxarışların sistem üzrə reviziyası
YALNIZ Lazım olduğu təqdirdə Bank və ƏDV ödənişlərinin icrası (Yalnız lazım olduqda)
Sistemdə əməkdaşlar tərəfindən işlənilən əməliyyatlara nəzarət edilməsi
Daxil olan ödənişlərin Əsas və ƏDV məbləği olaraq parçalanaraq sistemə işlənməsi
Xərc maddələrinin kontrolu, xərclərin sistemə düzgün qaydada işlənməsinin təmin edilməsi
Sənəd dövriyyəsinin düzgün qaydada təmin edilməsi
Debitor və kreditorlarla hesablaşmalar, həftədə 2-3 dəfə borclu müştərilərə xəbərdarlıq edilməsi və borc kontrolu
YALNIZ Lazım olduğu təqdirdə mallar üzrə əməliyyatların proqrama daxil edilməsi (Malların yerdəyişməsi, realizasiya, kassa mədaxil orderlərinin işlənməsi)
Qeyd: Ali təhsil, punktual və səliqəli yazı qabiliyyəti müqavilələrin yazılması və idarə edilməsi üçün mütləqdir.
Tələb olunan bacarıqlar:
Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır
1C 8.3 KOMPLEKS AVTOMATLAŞDIRMA proqramında sərbəst işləmək bacarığı zəruridir
Əməkdaşdan orta-ali maliyyə savadlılığı tələb olunur.
Müvafiq sahədə ali təhsil və minimum 1 il təcrübə;
Kompüter bilikləri: Əla səviyyədə tələb olunur. Hər hansı proqramda işləmə bacarığı, MS Office (Excel yaxşı səviyyədə)
Çevik, öyrənməyə həvəsli, inkişafa meyilli
İş şəraiti
İş yeri: Abşeron Ticarət Mərkəzi, Lökbatan-Xocasən Yolu
İş vaxtı: 08.00-17.00 (Həftədə 6 gün)
Maaş: 800 AZN + artım
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə: 051 566 00 90

Shimge su nasoslarının Azərbaycan nümayəndəliyi, su nasosları, qızdırıcıları, filterləri və santexnika avadanlıqlarının topdan, pərakəndə və korporativ satışı.