Mühasib
Vəzifə haqqında
İş şəraiti
İş yeri: Bakı şəhəri
Əmək haqqı: 1200 – 1500 AZN
İş qrafiki: Bazar ertəsi – Cümə, 08:30 – 17:30
Əsas vəzifə və öhdəliklər
İlkin mühasibat sənədlərinin yoxlanılması və uçotunun aparılması;
Bank və kassa əməliyyatlarının işlənməsi və nəzarətdə saxlanılması;
Debitor və kreditor hesablaşmalarına nəzarət, üzləşmə aktlarının hazırlanması;
Vergi, DSMF, Statistika və digər məcburi hesabatların hazırlanması və təqdim edilməsi;
E-qaimə-fakturaların və digər maliyyə sənədlərinin yoxlanılması;
Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanması;
1C 8.3 proqramında mühasibat uçotunun düzgün aparılmasının təmin edilməsi;
Dövlət və korporativ müştərilər üzrə maliyyə sənədlərinin hazırlanması və nəzarəti;
Mühasibat sənədlərinin sistemləşdirilməsi və arxivləşdirilməsi;
Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası.
Namizədə qarşı tələblər
Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat ixtisası üzrə);
Mühasib vəzifəsində minimum 2 il iş təcrübəsi;
1C 8.3 proqramında sərbəst işləmək bacarığı;
MS Excel proqramında yaxşı səviyyədə bilik;
E-taxes, E-qaimə və digər dövlət portalları ilə iş təcrübəsi;
Vergi və əmək qanunvericiliyi üzrə biliklər;
Analitik düşüncə, məsuliyyətlilik və yüksək diqqətlilik;
Komanda ilə işləmək bacarığı.
Təminatlar
Korporativ nömrə;
Tibbi sığorta.
Qeyd - Vakansiya üzrə seçilmiş namizədlər üçün 1 həftəlik sınaq müddəti tətbiq olunur.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Grinco MMC, xidmət keyfiyyəti və bu keyfiyyətə paralel olaraq artım sürəti ilə hazırda 5000 -dən çox stoklu məhsulu və 1000 -dən çox müştərisi ilə ölkəmizin aparıcı iş yerinin təchizat mərkəzi olaraq…