Prime CottonPrime Cotton

Mühasib

Şirvan 4 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 3–5 il Maliyyə
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

1.      Mühasibat hesabının istehsal üzrə əməliyyatları (təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir.

2.      Lazımi sənədlər əsasında (anbar mədaxil qaiməsi) xammalın mədaxili, təqdim olunmuş istehsal planına uyğun olaraq (anbar məxaric qaiməsi) xammalın yerdəyişməsi və qalıq xammalın geri-anbara qaytarılmasını icra edir.

3.      Məhsulun istehsalı prosesində planlaşdırılmış istehsal normalarından kənarlaşmaların səbəbini aşkar etmək və bu əməliyyatlara gündəlik nəzarət edir.

4.      İstehsal sahəsinin hesabatı əsasında hazır məhsulun anbara (hazır məhsulun mədaxili qaiməsi) mədaxil olunması.

5.      Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir.

6.      Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır.

7.      Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir. 

Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Tələblər

1.      Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları

2.      Analitik, liderlik, qərar qəbuletmə və məntiqi düşünmə bacarıqları

3.      AR mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyinin əsaslarını bilmək

4.      Böyük təşkilatlarda problemləri çarpaz funksionallıqla idarəetmə və həll etmə bacarıqları

5.    Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan sənədlərin, mühasibat hesabatlarının tərtibini bilmək, hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkili, sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabatı sistemində əks olunma qaydalarını bilmək

     


Prime Cotton
Prime Cotton
Emal sənayesi

Prime Cotton has more than 25 years of experience in Azerbaijan’s non-oil economy. We are growing, and stockpiling cotton in 15 out of 20 cotton cultivating regions of the country with further…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et